"Fəal həyat tərzi mənim təbiətimdir" -Marneulili fiziki imkanları məhdud şəxslər müsabiqədə qızıl medal qazanıblar
Marneuli bələdiyyəsində yaşayan fiziki imkanları məhdud şəxslər “Gənc Media İttifaqı” tərəfindən həyata keçirilmiş “Fəal həyat tərzi mənim təbiətimdir” layihəsində iştirak ediblər və qızıl medallar qazanıblar. Qaliblərdən biri Şorena Kravelidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, qeyd olunan tədbir Borcomidə keçirilib.

“Marneulidən əsasən fiziki imkanları məhdud şəxslər iştirak edirdik. Müharibə veteranlarına və sülh missiyasında yaralanmış şəxslərə təklif olunmuşdu. Ancaq layihəyə qoşulmadılar. Çox maraqlı idi. Oxçuluqda mən və daha bir fiziki imkanları məhdud şəxs iştirak edirdik. İki mərhələdə getmişdik, birinci mərhələdə də, ikinci mərhələdə də altı nəfər idik. Komanda yarışında, Ziplayn və oxçuluqda birinci yeri qazandıq”,
- Kravelidze bildirdi.

“Fəal həyat tərzi mənim təbiətimdir” layihəsi çərçivəsində illərdir, raftinq, peintbol, oxçuluq və ziplayn yarışları keçirilir. Yarışlarda hər il yüzlərlə fiziki imkanları məhdud şəxs və tanınmış simalar iştirak edirlər.

“Gənc Media-İttifaq” tərəfindən həyata keçirilmiş “Fəal həyat tərzi mənim təbiətimdir” layihəsində Marneulili fiziki imkanları məhdud şəxslər 6 və 13 iyun tarixlərində iştirak ediblər.


Print ელ. ფოსტა
FaceBook Twitter Google