Mədəniyyət Mərkəzi rəqs, musiqi və başqa dərnəklərə qəbul elan edib
Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzi yeni tədris ilinin başlaması ilə əlaqədar "Facebook" səhifəsində məlumat yayımlayıb. Məlumatda qeyd olunub ki, 1 sentyabr tarixindən 15 oktyabra qədər mərkəzdəki bütün studiyalara tələbə qəbulu elan olunur.

Paylaşımı olduğu kimi sizə təqdim edirik:

“Əziz şagirdlərimiz, Marneuli “Mədəniyyət Mərkəzi” sevinclə sizə bildirmək istəyir ki, 1 sentyabrdan təhsil prosesi bərpa olunur və sizi tədris ilinin başlaması münasibəti ilə təbrik edirik!

1 sentyabrdan 15 sentyabra qədər təşkilatın bazasında olan studiyalara, qeyd olunan incəsənət istiqamətlərində qəbul elan olunur.

“Enquri” xoreoqrafik ansamblı

Pedaqoq: Levan Kurava
“İberia” xoreoqrafik ansamblı

Pedaqoq: Besarion Kiparoidze
Vokal-instrumental qrup

Rəhbər: Amiran Nasğidaşvili

İdman-məclis rəqsləri studiyası

Pedaqoq: Temur Qvaramadze
“Era” gürcü xalq mahnıları ansamblı
Pedaqoq: Besarion Qoqolaşvili


Gürcü xalq musiqi alətlərinin tədris dərnəyi
Pedaqoq: Beka Quqeşaşvili
Azərbaycan xalq mahnıları və musiqi alətlərinin tədris dərnəyi
Pedaqoq: Səməndər Əliyev

Rəsm və xalq sənət dərnəyi
Pedaqoq: Tamar Abaşidze


Vokal studiyası
Pedaqoq: Maia Camalaşvili
Əl işi olan kuklaların və əşyaların düzəldilməsi studiyası
Pedaqoq: Armen Hovanesyan
Xalça toxuma studiyası
Pedaqoq: Navat Anazarova
Marneuli şəhər Musiqi Məktəbi


Direktor: İrine Samxaradze”
– məlumatda yazılıb.

Qeyd olunan məsələ ilə bağlı əlavə məlumat almaq üçün qeyd olunan nömrəyə zəng vura bilərsiniz: Tel: 577 96 18 72 və ya Mədəniyyət Mərkəzinin ünvanına müraciət edə edə bilərsiniz – Rustaveli küçəsi N108.



Print ელ. ფოსტა
FaceBook Twitter Google