Marneuli bələdiyyəsinin uşaq bağçalarında qeydiyyatın ikinci
mərhələsi 2 sentyabrda başa çatıb.
Uşaq Bağçaları Birliyindən “Marneuli” radiosuna bildirdilər ki,
2022-2023-cü tədris ilində ümumilikdə 1061 uşaq qeydiyyatdan keçib.
Alternativ məktəbəqədər hazırlıq mərkəzlərində isə 403 uşaq
qeydiyyatdan keçib.
“Qeydiyyat başa çatıb və bu rəqəm bu tədris ilində
qeydiyyatdan keçənlərin ümumi göstəricisidir.
Ehtiyatda neçə uşağın olması barədə məlumat 10 sentyabrdan sonra
məlum olacaq”,— Uşaq Bağçaları Birliyindən qeyd
ediblər.
Qeydiyyatdan keçmiş uşaqların sayı məktəbəqədər təhsil
müəssisələrinə əsasən belədir:
- Marneuli şəhər 1 saylı uşaq bağçası – 145
- Marneuli şəhər 3 saylı uşaq bağçası – 243
- Marneuli şəhər 4 saylı uşaq bağçası – 139
- Saimerlo kəndi – 90
- Sadaxlı kəndi – 87
- Qızılhacılı kəndi – 58
- Şaumyani yeni məntəqəsi – 8
- Şaumyani kəndi – 26
- Algeti kəndi – 120
- Tamarisi kəndi – 22
- Kəpənəkçi kəndi – 71
- Xixani kəndi – 11
Marneuli Uşaq Bağçalarında birinci mərhələdə 872 uşaq qeydiyyatdan
keçib, məktəbə hazırlıq qruplarına isə 192 uşaq qeydiyyatdan
keçib.
Bələdiyyədə ümumilikdə 14 uşaq bağçası var, onlardan yalnız 11-i
2022-2023-cü tədris ilində fəaliyyətini bərpa edəcək.