Marneuli Amerika Guşəsi gənclərə yeni layihə təklif edir
Marneulidəki Amerika Guşəsi 14-17 yaşlı gənclərə birbaşa layihə təklif edir. Layihəyə əsasən onlar ingilis dilində elektron poçt, motivasiya məktubu və esse yazmağı öyrənəcəklər.

Bu barədə Marneuli İctimai Kitabxanasının "Facebook" səhifəsində məlumat yayımlanıb.

“Marneulidəki Amerika Guşəsi birbaşa layihə təklif edir. Layihənin məqsədi gənclərdə yazı bacarıqlarının təkmilləşdirilməsi və inkişaf etdirilməsidir. Layihə çərçivəsində 14-17 yaşlı şagirdlər ingilis dilində elekton poçt, motivasiya məktubu və esse yazmağı öyrənəcəklər”,
— məlumatda yazılıb.

Layihədə iştirak etmək istəyənlər qeyd olunan linkdə qeydiyyatdan keçə bilərlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google