Marneuli bələdiyyəsinin İctimai Kitabxanasında Beynəlxalq
Savadlılıq Günü ilə əlaqədar balacalar üçün tədbir keçirilir.
Tədbir çərçivəsində kitabxanaçı uşaqlara hekayələr oxuyub.
Kitabxanaçının dediyinə görə, belə fəaliyyətlər uşaqlarda kitaba
sevgini artırır.
“Uşaqları dəvət etdik, müzakirə apardıq və oxuduğumuz hekayələri
tədbirin sonunda müzakirə etsik, maraqlı, maarifləndirici oyunlar
oynadıq. Uşaqlar masaya qoyulmuş kitabları mözvuya uyğun olaraq
rəfə yığmaq öhdəliyi daşıyırdılar. Onlar bunun öhdəsindən yaxşı
gəldilər. Bugünkü tədbirin səbəbi uşaqların mütaliəni daha çox
sevməsi və onlara kitabxanaya tez-tez getmək üçün motivasiya
yaratmağımız idi”, – kitabxanaçı bildirdi.
Tədbir təxminən iki saat davam edib və tədbirdə 8-12 yaşlı uşaqlar
iştirak edib.