Marneulili oxçular Tamta Naveriani və Salome Xarşiladze 8-11
sentyabr tarixlərində Tbilisidə keçirilmiş Gürcüstan kubokunun
ikinci mərhələsində birinci yeri tutublar.
Naveriani 18, Xarşiladze isə 21 yaş kateqoriyasında qalib gəlib.
İdmançıların dediyinə görə, yarışlara hazırlaşırmışlar və birinci
yeri tutacaqlarını da gözləyirmişlər.
“Ümumiyyətlə mən və Tata hər gün məşq edirik, bu yarış üçün bunu
ikiqat edirdik. Hər ikimiz uğur qazanmaq üçün böyük əmək sərf
edirik. İkimiz də təxminən bilirdik ki, bu nəticəni əldə edəcəyik.
Zəhmətin nəticəsi həmişə olur”, – Salome Xarşiladze
bildirdi.
“Üç ildir, idmanla məşğulam və yaxşı nəticə əldə etmək üçün çox
çalışmalı oluram. Mən və Salome başdan məqsəd qoymuşduq ki,
Marneuliyə medalla qayıtmalıyıq. Çox məşq edirdik. Rəqabət də var
idi, amma biz birinci yeri qazana bildik”, – Tata
Naveriani bildirdi.
Çempionat Dünya Oxçuluq Federasiyasının “WORLD ARCHERY” qaydaları
əsasında klassik oxçuluq kateqoriyasında 18 yaşa qədər – 60 metr,
21 yaşa qədər isə – 70 metr məsafədə keçirilib.