“Marneuli” radiosunun jurnalisti Tiko Davadze “Gender fokusda” müsabiqəsinin qalibidir
Bu gün, 27 aprel tarixində Şaumyan İcma Təhsil Mərkəzində “Gender fokusda” media müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

Mərkəzin direktoru Natia Okropiridze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, müsabiqənin məqsədi gender bərabərliyi ilə əlaqədar məlumatlandırma səviyyəsinin artırılmasıdır.

“Şaumyan İcma Təhsil Mərkəzində “Gürcüstan icmaları davamlı inkişaf üçün” layihəsi həyata keçirilir və bu layihə çərçivəsində media müsabiqəsi keçirildi, qaliblər müəyyən edildilər. Həmçinin sərgi-satış da keçirdik. Eləcə də yerli rəssamların işləri sərgiləndi və Xalq Müdafiəçisinin Kvemo Kartli üzrə nümayəndəsi gender məsələləri ilə bağlı danışdı”,
– Natia Okropiridze bildirdi.

“Şaumyan İcma Təhsil Mərkəzinin” direktorunun sözlərinə görə, “Gürcüstan icmaları davamlı inkişaf üçün” layihəsi Gürcüstanın 14 bələdiyyəsində həyata keçirilir. 14 bələdiyyədən 4 qalib seçilib, onlar arasında “Marneuli” radiosunun jurnalisti Tiko Davadze də var.

Tiko Davadzenin hazırladığı, müsabiqədə qalib gələn süjeti sizə təqdim edirik:

Print ელ. ფოსტა
FaceBook Twitter Google