Marneulidə xalçaların sərgisi - masterklas keçiriləcək
Bu gün, 4 may tarixində Marneuli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə xalçaların sərgi-masterklası keçiriləcək.


"Əgər xalça toxumaq sənəti barədə daha çox bilmək və ya sadəcə gününə rəng qatmaq istəyirsənsə, 4 may tarixində Marneuli İctimai Kitabxanasının ərazisində yerləşən parkda Mədəniyyət Mərkəzinin nəznində fəaliyyət göstərən studiyanın "Xalçaların sərgi-masterklası" baş tutacaq.

Sərgidə iştirak edənlərin ənənəvi xalçaları nəzərdən keçirmək, Azərbaycan xalçalarının toxuma studiyasının fəaliyyəti ilə tanış olmaq imkanı olacaq. Eləcə də "Azərbaycan xalçalarının toxunma ənənəsi" mövzusunda təqdimat, sapların boyanması masterklası baş tutacaq.


Print ელ. ფოსტა
FaceBook Twitter Google