USAID-in dəstəyi ilə “Geo Hospitals”-ın bazasında tibb bacılarının hazırlıq proqramına başlanılıb
Bu gün, 4 may tarixində Kitabxanada tibb bacılarının hazırlıq proqramının başlanması ilə bağlı təqdimat keçirilib.

“Geo Hospitals”ın, USAİD-in dəstəyi ilə Gürcüstanda ilk dəfə diplom sonrası tibb bacısı təhsili və ixtisaslaşma proqramlarını həyata keçirməyə başlayır.

“Geo Hospitals”-ın tibbi təhsil mərkəzi bazasında tibb bacılarının təhsilinə yaxın gələcəkdə başlanılacaq və onda yalnız şəbəkə heyəti deyil həm də regionun başqa tibb müəssisələri, tibbi proqramları tədris edən kolleclərin məzunları qoşulacaqlar. Tibb bacıları 3 yeni tibbi ixtisasa sahib ola biləcəklər: pediatrın tibb bacısı, intensiv (kritik) qulluq üzrə tibb bacısı və cərrahiyyə tibb bacısı.

Bu isə onların keryerada inkişafının və yaxşı işlə təmin olunmasının ön şərtidir.




Donor təşkilatlarla əməkdaşlıq nəticəsində təhsil mərkəzinin təchizatı (tədris üçün inventar, vacib ədəbiyyat, manekenlər/simulyatorlar) və pedaqoqların hazırlanması olacaq.

Təqdimatda USAİD-in “İşlə təmin edənlər peşəkar təhsil üçün” proqramının rəhbəri Devid Blod iştirak edirdi.Onun sözlərinə görə, proqram tibb sahəsində Avropa standartlarının tətbiqinə dəstək olacaq.

“Tibb bacısı ixtisası proqramları ilk dəfə Gürcüstanda hazırlanıb və onlar Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən proqramlarla eynidir.

USAİD-in və Geo Hospitalsın tərədaşlığı ilə Gürcüstanda innovativ bakalavrdan sonra peşə təhsili imkanları tətbiq edilir. Bu isə regional sahədə təhsil baxımından, eləcə də işlə təmin edilmə imkanlarının yaxşılaşdırılması məqsədi ilə çox mühümdür. Eyni zamanda, 2025-ci ildən müntəzəm tibb bacısı fəaliyyətinin məşğulluq imkanlarını yaxşılaşdırmaq üçün strategiyaya uyğundur”.






Geo Hospitalsın strateji xidmət rəhbəri Natia Noğaideli deyir ki, təhsil kurslarının müddəti tibb bacısı istiqamətlərindən asılıdır. İxtisaslı tibb bacılarının hazırlanması səhiyyə sistemi, klinikalar, işlə təmin edilmiş tibb bacıları üçün mühümdür.

“Proqramların müddəti ən az altı ay – pediatr tibb bacısıdır. Anestezia, intensiv qulluq istiqaməti müddəti bir il ya bir ildən artıq. Tibb bacılarının hazırlanması qeyri-formal mühitdə, iş yerlərində olacaq. Tibb bacısı-mütəxəssislərin rəsmiləşdirilmiş mühitdə, təlim mərkəzinin bazasında hazırlanmasında Gürcüstanda ilk presedent olacaq, tibb-bacısı-mütəxəssislər təhsil mərkəzi bazasında hazırlanacaqlar. Eyni zamanda qoşulan heyət üçün işlə təmin etmə perspektivi motivasiyası yüksək olacaq”.

Marneulidə keçirilən görüşdə tibb müəssisələrinin, tibbi kollec və yerli özünüidarə nümayəndələri iştirak edirdilər.


Print ელ. ფოსტა
FaceBook Twitter Google