Tamaz Naveriani "Bazar" səhmlərini həyat yoldaşına verib
Parlamentin keçmiş deputatı Tamaz Naveriani “Bazar” MMC-nin səhmdarlığından çıxıb. Bu barədə məlimat İctimai Reyestrdə MMC-nin direktoru İaqo Naverianinin müraciəti ilə təsdiqlənir.


“Subyektin qeydyyatdan keçirilmiş göstəricilərində dəyişiklik etməyinizi tələb edirəm”
– müraciətdə qeyd olunub.

İctimai Reyestrin məlumatına görə, 2022-ci ilin 25 mart tarixində, “Bazar” MMC-nin ümumi toplantısı keçirilib. Toplantının gündəliyində iki səhmdarın təşkilatdan çıxması və səhmlərin qalan səhmdarlara bölünməsinə qərar verilib.


MMC-nin səhmdarları Tamaz Naveriaininin qardaşı oğlu İaqo Naverianidir. Onun 2014-cü ildən 20% səhmləri və direktorluq statusu qeydə alınır. Bugünkü göstəricilərlə İaqo Naveriani 32% səhmin sahibidir.

“Bazarın” səhmdarlarından biri Tamaz Naerininin həyat yoldaşı, Nana Sxirtladzedir. “Bazar” səhmləri 2012-ci ildən Nana Sxirtladzeyə qeydiyyatdan keçirilib və o, səhmdarların siyahısına əlavə olunub.

İdman Məktəbinin rəhbəri Mamuka Naveriani də 2012-ci ildə özünün “Bazar” səhmlərini həyat yoldaşına verib. Tinatin Samxaradze “Bazar”-ın səhmlərinin 20%-nin sahibidir.

Nodar Naveriani də 2010-cu ildən MMC-nin səhmdarlarından biri idi. Onun səhmləri illərdir olduğu kimi, 17% qalır.

Tamaz Naveriani “Bazardan” çıxan zaman öz səhmlərinin 13%-ni həyat yoldaşı Nana Sxirtladzeyə və 7% öz qardaşı oğlu Mamuka Naverianinin həyat yoldaşı Tinatin Samxaradzeyə verib.

Nodar Naveriani də özünün 17% səhmlərini təhvil verib. 5% Tinatin Samxaradzeyə və 12% İaqo Naverianiyə verilib.

Protokola əsasən bütün səhmdarlar dəyişikliklərlə razılaşıblar.

Print ელ. ფოსტა
FaceBook Twitter Google