Maradisili fermerlər Tianetili fermerlərlə məhsulların becərilməsi təcrübəsini bölüşüblər
8 may tarixində, Mtsxeta-Mtianeti fermerləri Maradisiyə gediblər. “İqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı – PRAİSE MARNEULİ” layihəsi “Elkana”-nın benefisiar femrerlərinə ev sahibliyi edib.

Tədbir Maradisidəki “Yaşıl Maradisi” qadın kənd təsərrüfatı kooperativinin bazasında qurulmuş istixana-şitil təsərrüfatında keçirilib. Layihə meneceri Cimşer Koşadzenin “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, Tianetili fermerləri tərəvəz şitillərin yetişdirməyin müasir və iqlimə uyğun üsulları ilə tanış ediblər.

“İsveçrə təşkilatı HEKS-EPER-in maliyyə dəstəyi ilə CENN-nin həyata keçirdiyi “İqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı – PRAİSE MARNEULİ” layihəsinin çərçivəsində fermerlərə ev sahibliyi edirik. Bizim məqsədimiz Tianetili fermerləri bu layihə çərçivəsində əldə olunan təcrübə, nümayiş üçün olan sahədə açıq, eləcə də qapalı torpaqlarda nəyimiz varsa onlarla tanış etməkdir. Nümayiş sahəsində ətraf mühitə davamlı kənd-təsərrüfatı təcrübələrini nümayiş etdiririk. Tianetili fermerlə də bu barədə danışdıq”.

Tianetili fermer Mirza Sisauri düşünür ki, Marneulidə əldə etdiyi təcrübə onun fermer fəaliyyətinə də uğurlu təsir göstərəcək.

“Maradisidə çox yaxşı və vacib məlumat aldıq. Şitil təsərrüfatına da baxdıq. Biz də yetişdirməyə və genişləndirməyə başlayırıq. Bu məsləhətlər bizə çox kömək edəcək. Öz gözümüzlə bibər, brokoli, pmoidor, kahı (salat) şitillərini necə yetişdirdiklərini gördük”.

Bioloji Təsərrüfatlar Assosiasiyası “Elkana”-nın marketinq üzrə mütəxəssisi Davit Tarimanişvili deyir ki, Marneulidə Tianetili fermerlərin gəlişi yerində şitil yetişdirilməsinin müasir texnologiyaları ilə tanış olmaq baxımında mühüm idi.


“Biz Tianetidə Avstriyanın İnkişaf Əməkdaşlığı tərəfindən maliyyələşdirilən dörd illik layihə həyata keçiririk. Layihə orqanik kənd təsərrüfatının inkişafı və turizmə dəstəklə bağlıdır. Layihənin çərçivəsində bu gün Marneulidə, Maradisinin nümayiş sahəsində olduq. Fermerlər kənd təsərrüfatıbıb davamlı inkişafına istiqamətlənmiş, açıq torpaqda tərəvəz və müxtəlif bitkilərin becərilməsinin müasir texnologiyaları ilə tanış oldular”.

Artıq 2 ildir “Kartlisi” şirkəti CENN təşkilatı ilə əməkdaşlıq edir. “Kartlis”-in akademik rəhbəri Lela Qvasalia bildirdi ki, Marneuli bələdiyyəsində fermerlərə dəfələrlə təlimlər keçirilib. Fermerlərin müxtəlif bitkilərə qulluq haqqında məlumat almaq imkanı var idi.

“Əməkdaşlığımız kifayət qədər məhsuldar oldu. Çox yaxşı müxtəlif məhsul əldə etdik. Bu insan sağlamlığı üçün təhlükəsizdir. Biz CENN-lə əməkdaşlığa davam edəcəyik və ümid edirik ki, Marneuli bələdiyyəsində kənd təsərrüfatınını inkişafına böyük töhfə verəcəyik.




Tədbir “İsveçrə təşkilatı HEKS-EPER-in maliyyə dəstəyi ilə CENN-nin həyata keçirdiyi “İqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı – PRAİSE MARNEULİ” layihəsinin çərçivəsində keçirilib. Layihənin məqsədi Marneuli bələdiyyəsində ətraf mühitə və iqlimə davamlı kənd təsərrüfatına (CRA) dəstək yolu ilə əhalinin gəlir imkanlarını artırmaqdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google