Marneuli meri QvemoQartli.ge-yə daxili audit hesabatlarının ictimailəşdirilməsi ilə bağlı rədd cavabı verib
Marneuli meri QvemoQartli.ge-yə daxili audit hesabatlarının ictimailəşdirilməsi ilə bağlı rədd cavabı verib.

Bu barədə qeyd olunan mətbuat vasitəsi məlumat yayır və yazır ki, cari ilin fevralından bu günə qədər QvemoQartli.ge Marneuli meriyasından daxili auditin fəaliyyəti ilə bağlı məlumat almağa çalışması nəticəsiz qalır. Təşkilat Marneuli meriyasının Daxili Audit Xidmətinin 2022-ci ildə hazırladığı nəticələr/hesabatlar və tövsiyələr barədə ictimai məlumat verilməsini tələb edir.

Cavabsız qalan məktublardan sonra “Kvemo Kartli mediası – QvemoQartli.ge” inzibati şikayətlə Marneuli meriyasına müraciət edib. Yalnız şikayətdən sonra təşkilat Marneuli meriyasından cavab alıb.

Marneuli meri Kənan Ömərovun yazdığı cavab məktubunda oxuyuruq ki, meriyanın daxili audit yoxlamasının hesabatlarını ictimailəşdirməmək səlahiyyəti var.

“Kvemo Kartli Mediası” hesab edir ki, dövlət sirri istisna olmaqla, vətəndaşların ödədiyi vergilərlə keçirilən hər hansı proses barədə ictimaiyyətin məlumat almaq hüququ var. Müvafiq olaraq, təşkilat Marneuli meriyasına qarşı məhkəməyə təqdim olunacaq şikayət hazırlayacaq.



QvemoQartli.ge-yə “Gənc Hüquqşünaslar Assosiasiyasının” Kvemo Kartli ofisi hüquqi dəstək göstərir. Təşkilat daxili audit hesabatlarının ictimailəşdirilməsi ilə bağlı rədd cavabı aldığına görə, artıq Rustavi meriyasına qarşı da məhkəməyə müraciətedib.

"Marneuli" Radiosu
Print ელ. ფოსტა
FaceBook Twitter Google