Marneuli bələdiyyəsinin uşaq bağçalarında tədris prosesi 30 iyun
tarixində başa çatacaq.
Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı Uşaq
Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov verdi.
Kərəmovun sözlərinə görə bağçalarda tətil 30 iyunda başlayıb 15
sentyabrda başa çatacaq.
Xatırladaq ki, Marneuli bələdiyyəsində ümumilikdə 14 uşaq bağçası
var.