Marneulidə güclü yağış nəticəsində zirzəmilər və evlərin həyəti su altında qalıb
6 iyun tarixində, Marneulidə yağan güclü yağış nəticəsində yaşayış evlərinin həyətinə və zirzəmilərə su dolub. Yerli özünüidarənin dəymiş ziyan barədə məlumatı var. Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, evlərə su dolması ilə bağlı bir neçə dəfə məlumat çatdırılıb və mütləq reaksiya göstəriləcək. Onun sözlərinə görə, Marneuli meri Kənan Ömərovun məsələ ilə bağlı məlumatı var.

"Şəxsən mənə Tsereteli kəndindən məlumat gəldi ki, kanalda su artıb və Meliyorasiyaya zəng vurduq, suyun səviyyəsini aşağı saldılar. Elə indicə Marneuli meri ilə danışdım. O, qeyd etdi ki, ciddi ziyan dəyməyib. Texnika çağrılıb, suyu çəkirlər. Mer özü vəziyyətə nəzarət edir. Zəng gələn yerlərin hamısına kömək göstəriləcək" - Amiran Qiorqadze bildirib.

Marneulidə güclü yağış təxminən saat 19:00-da başlayıb. Bir neçə kəndə, həmçinin, Tsereteliyə və Marneuli şəhərinə dolu yağıb. Marneulidən Fövqəladə Halların İdarəedilməsi və Təcili Yardım Mərkəzinə neçə zəng gəlməsi ilə bağlı təfərrüatları araşdırırıq. Məlumat əldə olunan kimi material yenilənəcək.
Print ელ. ფოსტა
FaceBook Twitter Google