Marneuli meriyası Qızılhacılı uşaq bağçasında qalan işlərin həyata
keçirilməsi
və həyətin abadlaşdırılması işləri üçün 478 909 lari dəyərində
tenderi təkrar elan edib.
May ayında elan edilmiş birinci tenderdə heç kim iştirak etməyib.
Sənədlərə görə, qeyd olunan vəsaitlə Qızılhacılı bağçasında dəmir
hasarın və darvazanın tikilməsi planlaşdırılır. Həyətdə kanal,
bordürlər, dekorativ daşlarla cığırlar düzəldiləcək, yaşıllıq
salınacaq və s.
Yeni tenderdə iştirak etmək istəyən şirkətlər 9-12 iyun
tarixlərində öz təkliflərini təqdim edə bilərlər. Qalib şirkət
müqavilə bağladıqdan sonra 90 gün ərzində işləri meriyaya təhvil
verməlidir.
Təxminən iki ildir ki, bağçada təmir işləri aparılır. Zaur
Kərəmovun 1 may tarixində “Marneuli” radiosuna verdiyi məlumata
görə, bağçanın açılışı yeni tədris ilində planlaşdırılır. Vəsaitin
24%-i mərkəzi, 76% isə yerli özünüidarənin büdcəsindən
maliyyələşdirilir.