Marneuli məktəblərində birinci siniflər üçün neçə boş yer qalıb
Marneuli bələdiyyəsinin 74 ictimai məktəbi 2023-2024-cü tədris ili üçün 2 890 nəfər birinci sinif şagirdi qəbul edə bilər.

Bu təhsil müəssisələrinin fərdi olaraq elan etdiyi limitdir. Birinci sinif şagirdlərinin qəbulunun iki mərhələsində 543 şagird qeydiyyatdan keçib. 8 iyundan üçüncü, ümumi qeydiyyat mərhələsi başlayacaq.

Qeydiyyat Təhsilin İdarə Edilməsi İnformasiya Sisteminin register.emis.ge rəsmi internet saytında aparılacaq. “Marneuli” radiosu indiki mərhələdə mövcud boş yerləri hesablayıb. Bələdiyyə miqyasında olan məktəblərdə 2 347 boş yer var.

Elə məktəblər var ki, hələ birinci sinfə heç bir şagird qeydiyyatdan keçməyib. Bələdiyyə miqyasında hələ ki, 25 məktəb belədir. Məktəblərin və şagirdlərin qəbulu üçün yerlərin maksimum sayını sizə təqdim edirik:
  • Axlılələ məktəbi - 20 yer
  • Ağqula məktəbi - 10 yer
  • Daştəpə məktəbi 25 - yer
  • Böyük Muğanlı məktəbi - 30 yer
  • Çanaxçı məktəbi - 20 yer
  • Güllübağ məktəbi - 10 yer
  • İmircala məktəbi - 10 yer
  • İmir məktəbi - 20 yer
  • Qaçağan 2 saylı məktəbi – 30 yer
  • Qasımlı məktəbi - 100 yer
  • Kirəç-Muğanlı məktəbi - 30 yer
  • Qırıxlı məktəbi - 30 yer
  • Kirovka məktəbi - 20 yer
  • Opreti məktəbi - 20 yer
  • Kürtlər məktəbi - 30 yer
  • Sabirkənd 1 saylı məktəbi – 100 yer
  • Sadaxlı 2 saylı məktəbi – 85 yer
  • Sioni məktəbi - 20 yer
  • Tamarisi 1 saylı məktəbi – 40 yer
  • Təzəkənd 2 saylı məktəbi – 30 yer
  • Təzəkənd 1 saylı məktəbi - 80 yer
  • Xutor-Lejbəddin məktəbi - 5 yer
  • Ulaşlı məktəbi - 16 yer
  • Tserakvi məktəbi - 13 yer
  • Yuxarı Saral məktəbi - 25 yer
Qeyd edək ki, qeydiyyatın III mərhələsi – ümumi qeydiyyat 8 iyunda, saat 09:00-da başlayacaq və 23 iyuna qədər davam edəcək.

Qeydiyyatı valideyn/qanuni nümayəndə aparmalıdır. Elektron qaydada qeydiyyatdan keçirilmiş şagirdin qəbul edilməsi üçün lazımi sənədlərin qəbulu 26 iyundan 12 iyula qədər həyata keçiriləcək. Təyin edilmiş müddətdə sənədlər təqdim olunmazsa, qeydiyyat avtomatik olaraq ləğv olunur.

Birinci siniflərin ümumi qeydiyyatının təlimatına linkdən baxa bilərsiniz.

I, II və III mərhələlərdə qeydiyyatdan keçə bilməyən və ya qeydiyyatını dəyişmək istəyənlər məktəblərə IV mərhələdə - 17 iyuldan 28 iyula qədər qalan boş yerlərə və ya əvvəlki mərhələlərdə boşalmış yerlərə qeydiyyatdan keçəcəklər.

Dördüncü mərhələdə şagirdin qeydiyyatını valideyn/qanuni nümayəndənin təqdim etdiyi zəruri sənədlər əsasında məktəb özü həyata keçirir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google