Təhqiredici və qeyri-insani rəftarda ittiham olunan Marneulinin
keçmiş meri Temur Abazov Tbilisidə, Saburtaloda saray tikdirir.
Bu barədə Pirveli kanalının efirində məlumat yayılıb. Video süjetdə
yayımlanan məlumata görə, Abazovu xüsusi dövlət mühafizəsi
xidmətinə təyin ediblər.
Abazovun ağ mərmərdən olan sarayı 450 kvadrat metrdir. Evin fasadı
üçün antik dövrə xas olan oymalardan istifadə olunub. Evin ağ
sütunları var və fasadda Temur Abazov və oğlunun adlarının baş
hərfləri həkk olunub. Abazov bu qədər pulu haradan alıb, TV
Pirvelinin jurnalisti Abazova bu sualı verib:
- Sizə bu pulu Bidzina İvanişvili verib? Fədakarlığınızı
qiymətləndirib?
- Sizin bu sualınız gülməlidir.
Bu saray Marneulinin keçmiş meri üçün İvanişvilinin mükafatdır,
yoxsa yox? Abazov İvanişviliyə söymüş şəxsi öz sidiyi ilə üzünü
yumağa məcbur etmişdi. Abazov cavab verib ki, ona məhkəmə bəraət
verib, çünki “doğru idi”. Abazovun dediyinə görə, mərmər sarayı
atasından qalmış, bir neçə il əvvəl satdıqları torpaq sahəsi ilə
tikib.
Temur Abazov Marneuli merliyi dövründə həbs olunmuşdu. 7 aylıq
həbsdən sonra o, girov qarşılığında azad edilmişdi. Rustavi
məhkəməsi Marneulinin keçmiş meri Temur Abazovla bağlı bəraət
qərarı vermişdi. Abazov mütəşəkkil şəkildə törədilmiş təhqiredici
və qeyri-insani rəftarda ittiham olunurdu.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.