Tsopi kəndinə içməli su çəkilməsi üçün bir milyon lari nəzərdə tutulub

Marneuli meriyası Tsopi kəndinə içməli su çəkmək üçün smeta sənədlərinin tərtib edilməsi üçün 30 000 lari dəyərində tender elan edib.



Tender sənədlərinə əsasən, suyun çəkilməsinin təxmini dəyəri bir milyon laridir. Sənədləri hazırlayan təşkilat kənddə mövcud olan şəbəkəni “Marneuli Kənd Suları”-nın əməkdaşları ilə birlikdə araşdıracaq.

Suyun çəkilməsi çərçivəsində nəzərdə tutulub:

  • İçməli su quyularının qazılması – standartlara uyğun;
  • Daxili içməli su şəbəkəsinin quraşdırılması – standartlara uyğun;
  • Mövcud
    içməli su hovuzunun bərpası – standartlara uyğun;
  • Lazım gələcəyi halda yeni hovuzun tikilməsi – standartlara uyğun;
  • Xlorlama üçün binaların tikintisi və texnoloji hissəsinin quraşdırılması – içməli su sayğaclarının quraşdırılması;
  • Lazım gələcəyi halda əsas tikilinin perimetrinin hasarlanması;
Tsopi kəndində içməli suyun çəkilməsi işləri üçün lazımı smeta sənədlərinin tərtib edilməsi xidməti ilə bağlı tenderdə iştirak etmək istəyən namizədlər 13-16 sentyabr tarixlərində öz təkliflərini təqdim edə bilərlər. Qalib şirkət layihəni müqavilə bağlandıqdan etibarən 90 gün ərzində meriyaya təhvil verməlidir.

 

Print ელ. ფოსტა
თეგები: Marneuli meriyası Tsopi kəndi
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123