Küçə işıqlarına xidmət üçün kran almağa 216 884 lari xərclənməsi planlaşdırılır
Marneuli meriyası kran səbəti almağa 216 884 lari xərcləməyi planlaşdırır. Bələdiyyə maşın üçün 5 sentyabr tarixində tender elan edib.

Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildiriblər ki, texnika küçə işıqlarına xidmət üçün “Təmiz Marneuliyə” veriləcək.

Tender sənədlərinə görə, maşın bir neçə meyara uyğun olmalıdır, həmçinin:
  • Ən az 2023-cü ilin,
  • İstismarda olmamış,
  • Sükanı sağ tərəfdə,
  • Qabaq oxu sükanın hidrogücləndirici
  • Dizel, su
    sərinləşdirici, turbo doldurma ilə təchiz edilməlidir.
  • Yük qaldırma (ən az) 200 kq,
  • Qəza dayandırma düyməsi olmalıdır.
  • Təcili eniş üçün əl borusu
  • Sarı təcili flaş
  • Qoruyucu yastıqlar (təhlükəsizlik yastıqları)
Kran səbətinin alınması ilə bağlı tenderdə iştirak etmək istəyən şirkətlər 13-16 sentyabr tarixlərində öz təkliflərini göndərə bilərlər. Qalib şirkət işləri müqavilə imzalandıqdan 150 gün sonra meriyaya təhvil verməlidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123