Marneuli 4 saylı uşaq bağçasında artıq bir neçə gündür ki,
isitmə sistemi aparatlarından biri xarab olub.
Bu səbəbdən bağçada iki qrupun sinif otağında isitmə sistemi
yoxdur. Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı Uşaq
Bağçaları birliyinin rəhbəri Zaur Kərəmov bildirdi. Onun sözlərinə
görə, bu hal dərs prosesinə heç bir maneəçilik yaratmayıb.
“Marneuli 4 saylı uşaq bağçasında dərs prosesi
dayandırılmayıb. Sadəcə iki ədəd isitmə aparatlarından biri xarab
olub. Onun platası Tbilisiyə düzəldilməyə göndərilib. O, iki qrupda
istilik sistemi işləmir. Ona qədər iki qrupda olan uşaqlar, 6 qrup
olan tərəfə yerləşdirlib və orada dərs keçirlər. Valideynlərə
istilik sistemi düzələnə qədər uşaqlarını digər qrupa əlavə etməli
olduqları tapşırılıb.
Zaur Kərəmovdan uşaqların sinif otağına necə yerləşdiklərini
soruşduqda o bizə cavab olaraq uşaqların sayının sinif otaqlarının
böyüklüyünə görə bölündüyünü bildirdi. Daha sonra isə izah etdi ki,
qeydiyyatdan keçdikdən sonra uşaqların 30-40%-i dərslərə
gəlmir.
“Hamısı gəlsə əlbəttə ki, yerləşməz. Bilirsiniz ki,
uşaqların qeydiyyatda olan sayından həmişə az sayda uşaq bağçaya
gəlir”, - Zaur Kərəmov dedi.
Zaur Kərəmov artıq isitmə sistemlərinin hazır olduğu haqqında
məlumatı əldə etdiklərini və gəlib quraşdıracaqlarını bildirdi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415