Marneuli özünüidarəsi Algeti çayı üzərindən keçən iki körpünün
tikintisi üçün üçüncü dəfə tender elan edib.
5 dekabr tarixində yerli özünüidarə Marneuli şəhərində, bazar
yaxınlığında korpünün giriş-çıxış və bənd tikintisi işlərinin
alınması üçün yenidən tender elan edib. Son iki tenderdə heç bir
şirkət iştirak etməyib. Tender dəyişmədən, 592 674 lari dəyərində
yenidən elan edilib.
“Layihəyə əsasən, zədələnmiş keçid plitəsinin sökülməsi və ona
oxşar konstruksiyaya malik yeni plitənin düzəldilməsi, mövcud
zədələnmiş məhəccərin beton nasoslarının sökülməsi, üzərinə yeni
metal məhəccər qoyulan oxşar konstruksiyaya malik nasosların
yerləşdirilməsi nəzərdə tutulub. Bununla yanaşı, körpünün hər iki
sahil bəndi boyunca dəmir-beton, tənzimləyici divarlar, bazara
birləşən yol boyu 108 uzun metr tənzimləyici divarın çəkilməsi
nəzərdə tutulub” – Dövlət alqı-satqı izahatnaməsində
bildirilir.
Marneuli meriyası tərəfindən ikinci tender Borçalı küçəsində Alget
çayı üzərində avtomobil körpüsünün tikintisi üçün elan edilib.
Körpünün tikintisi layihəsinə əsasən, təbii fəlakətdən sonra uçmuş
yerdə vətəndaşlar tərəfindən düzəldilmiş avtomobil körpüsü
olub.
“Dəmir-beton bloklarla təchiz olunmuş dayaqlarda 9 metr uzunluğunda
dəmir-beton dayaqdan ibarət avtomobil körpüsü yerli əhalinin
vəsaiti hesabına salınıb. 2024-cü ilin may ayında baş vermiş təbii
fəlakət nəticəsində mövcud körpü dağılıb və bu gün sakinlər
avtomobildən istifadə etmədən evlərinə getmək üçün piyada
körpüsündən istifadə etmək məcburiyyətində qalıblar. Bu da onlara
böyük narahatlıq yaradır. Bütün bunları nəzərə alaraq, yeni körpü
keçidi tikmək lazımdır” - Körpünün tikintisi
layihəsində qeyd olunub.
Marneuli meriyası Borçalı küçəsində Algeti çayı üzərində körpünün
tikintisinə 396 627 lari xərcləyəcək.
Yeni tenderlərdə 13-16 dekabr tarixlərində iştirak etmək
mümkündür.