Marneuli yerli özünüidarəsi 11 tenderi dayandırıb və sonra
yenidən elan edib.
Dayandırılma protokollarına əsasən, Marneuli meriyasının
Şəhərsalma, Planlaşdırma, Memarlıq və Tikinti Xidmətinin rəhbəri
İlia Kalabeqaşvilinin məktubu əsasında tenderlər dayandırılıb.
"Zəruri təşkilati ehtiyaclardan irəli gələn ətraflı
xidmət təhlili nəticəsində bir sıra hallarda tender
sənədlərində/tələblərində/şərtlərində layihə dəyəri uçotu
sənədlərində belə həcmli/plan-qrafik/xərc-mühasibat uçotu
uyğunsuzluqlarının olduğu aydın olur. Həmçinin, maraqlanan şəxslər
tərəfindən sual-cavab rejimində təqdim edilmiş obyektiv, səriştəli
təkliflər əsasında bu zəruri dəyişikliklərin/əlavələrin həyata
keçirilməsinin mahiyyəti layihə sənədlərinin müəyyən hissələrinə
əsaslı düzəlişlərin, bəzi hallarda hətta əlavələrin edilməsini
tələb edir”, – İlia Kalabeqaşvilinin Marneuli merinə
yazdığı məktubda qeyd olunub.
Marneuli Bələdiyyəsinin Şəhərsalma, Planlaşdırma, Memarlıq və
Tikinti Xidmət rəhbərinin məktubunda qeyd olunur ki, artıq elan
edilmiş tenderləri dayandırmaq zərurəti yaranıb, çünki şirkət qalib
gəlsəydi, müqavilədə dəyişiklik etmək mümkün olmayacaqdı.
Marneuli yerli özünüidarəsi ümumi dəyəri 27 462 436 lari olan 11
tenderi ləğv edib və yenidən elan edib.
Tenderlərin siyahısını və onların xərclərini təqdim edirik:
• Marneuli Bələdiyyəsinin Şaumyan kəndində daxili yolların bərpası
işlərinin dövlət alqı-satqısı – 1 697 579 lari
• Marneuli Bələdiyyəsinin Quşçu kənd su quyusunun və su təchizatı
şəbəkəsinin bərpası işlərinin alınması – 954 008 lari
• Marneuli Bələdiyyəsinin Aşağı Saral kəndində daxili yolların
bərpası işlərinin dövlət alqı-satqısı
• Marneuli Bələdiyyəsinin İkinci Kosalı kəndində su təchizatı
şəbəkəsinin bərpası işlərinin alqı-satqısı – 2 996 046 lari
• Marneuli Bələdiyyəsinin İmir kəndində daxili yolların bərpası
işlərinin dövlət alqı-satqısı – 362 119 lari
• Marneuli Bələdiyyəsinin Tamarisi kəndinə giriş yolunun bərpası
işlərinin alqı-satqısı – 5 640 394 lari
• Marneuli şəhər dolayı yolunun (N1 yol) tikintisi üçün işlərin
alınması – 3 614 625 lari
• Marneuli Bələdiyyəsinin Algeti kəndinin Molla Bayramlı küçəsində
abadlıq işlərinin alqı-satqısı (II mərhələ) – 1 114 592 lari
• Marneuli bələdiyyəsinin Tsereteli kənd daxili yollarının bərpası
işlərinin dövlət alqı-satqısı (II mərhələ) – 5 159 826 lari
• Xutorlejbəddin və Kürtlər kəndlərini birləşdirən yolun tikinti
işlərinin alqı-satqısı – 1 018 692 lari
• Marneuli Bələdiyyəsi, Saimerlo kəndinin daxili yollarının bərpası
işlərinin alqı-satqısı (III mərhələ) – 3 739 543 lari
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415