Marneuli şəhərinin majoritar deputatı Vasil Xaxulaşvili
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, bir neçə günə
Algeti çayının sahilində təmizlik işlərinə başlanılacaq.
Marneuli bələdiyyəsindən keçən Algeti çayının sahili Marneuli bazar
ərazisində çirklənib. Sahildə plastik, selofan torbalar, şüşə və
plastik qablar, istifadə olunmuş bezlər, heyvan qalıqları, kimyəvi,
bioloji tullantılar, məişət, yaxud tikinti tullantılarına və s.
rast gəlmək
olar. Bununla əlaqədar “Marneuli” radiosu 5 mart
tarixində məlumat yaymışdı. Həmin vaxt meriyadan bildirmişdilər ki,
çay sahilində təmizlənmə işləri aparmaq onların səlahiyyətinə daxil
deyil.
Marneulinin majoritar deputatı Vasil Xaxulaşvili bu gün, 19 mart
tarixində “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, Algeti
çayı sahilinin təmizlənməsi ilə əlaqədar hələ 2025-ci il büdcəsinin
müzakirə prosesində təklif irəli sürüb, sahil bəndi yaxın zamanda
tikiləcək.
“Algeti çayı sahilində heç vaxt təmizlənmə işi aparılmayıb. Mənim
təşəbbüsüm idi, büdcənin birinci müzakirəsində bu məsələni
qaldırdım, təsdiqləndi və Algeti çayı sahilinin təmizlənməsi
nəzərdə tutulur. Bir neçə günə işlər başlayacaq”-
Vasil Xaxulaşvili bildirib.
Xaxulaşvilinin sözlərinə görə, Algeti çayı Marneulinin mərkəzi
meydanından, Marneuli bazar ərazisinə qədər təmizlənəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415