Meriyanın balansında olan ictimai ayaqyolu özəlləşdirilir – “Təmir ediləcək və pullu olacaq”

Marneuli şəhərinin mərkəzi parkında, “Yenə də böyüyəcəklər” abidəsinin yaxınlığındakı yeganə ictimai tualet özəlləşdiriləcək və pullu olacaq.


Qeyd edək ki, bu Marneulidə yerli özünüidarə tərəfindən tikintisi 2020-ci ildə başa çatdırılmış yeganə ictimai ayaqyoludur.

Marneuli Bələdiyyə Məclisinin razılığı ilə Marneuli meriyası 50 kv. m. binanı, ictimai ayaqyolunu özəlləşdirəcək. Bu gün, aprelin 16-da Bələdiyyə Məclisinin iclasında Əmlakın İdarə Edilməsi və Maddi-Texniki Təminat Xidmətinin rəhbəri Aqil Əmircanov deputatlar qarşısında çıxış edib.

“Yenə də böyüyəcəklər” abidəsi ərazisində 50 kv.m-lik ayaqyolu yararsız vəziyyətdədir və vətəndaş Ayşən İmanova bizə müraciət edib. O, ərazinin birbaşa istifadəyə vermə, icarə yolu ilə verilməsini tələb edir və sonradan ödənişli şəkildə təmir, abadlıq aparılacaq, vətəndaşlara xidmət göstərəcək. Biz onu həmin vətəndaşa 5 il müddətinə icarəyə vermək istəyirik, bir şərtlə ki, bələdiyyənin ərazidə təşkil etdiyi tədbirlər zamanı onun fəaliyyəti vətəndaşlar üçün pulsuz olsun”, – Aqil Əmircanov bildirib.

Marneuli Bələdiyyəsinin Əmlakın İdarə

Edilməsi və Maddi-Texniki Təminat Xidmətinin rəhbərinin sözlərinə görə, bələdiyyənin balansında olan ayaqyolu 5 il müddətinə icarəyə veriləcək və bir illik icarə haqqı 1200 lari olacaq.


Marneuli yerli özünüidarəsi 2018-ci ildə parkın bərpası zamanı şəhərin mərkəzi parkında ayaqyolunun tikintisinə başlayıb. 2020-ci ildə başa çatdırılmış bərpa işləri “İntertexnoloq” MMC tərəfindən iki mərhələdə 1 092 328 lariyə həyata keçirilib.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google