Bu gün, aprelin 16-da Marneuli Bələdiyyə Məclisi 5 159 826 və 5
640 394 lari dəyərində layihələrin həyata keçirilməsi üçün Marneuli
meriyasına razılıq verib.
Marneuli meriyasının Maliyyə və Büdcə Xidmətinin rəhbəri Koba
Çxitunidze Marneuli Bələdiyyə Məclisində çıxış edərək qeyd edib ki,
qeyd olunan layihələrin dəyəri Marneuli bələdiyyəsinin vergilərinin
5%-ni aşıb, ona görə də layihələrin həyata
keçirilməsi üçün Meriya
Bələdiyyə Məclisinin razılığına ehtiyac duyur.
"Vergilərin pulla ifadə edilən 5%-i cəmi 4 306 677 lari
təşkil edir ki, bu da nəzərə alınmaqla, iki layihənin dəyərinin
5%-ni, yəni bu məbləği aşır. Bələdiyyə Məclisinin iclasında razılıq
almaq üçün biz bu iki layihəni təqdim edirik", – Koba
Çxitunidze bildirib.
Marneuli yerli özünüidarəsi 5 640 394 lariyə Tamarisi kəndinə gedən
yolunun bərpa işlərini, 5 159 826 lariyə isə Tsereteli kəndinin
daxili yollarının bərpa işlərinin ikinci mərhələsinin alınmasını
nəzərdə tutur.
Bələdiyyə Məclisinin iclasında ümumilikdə 4 məsələ müzakirəyə
çıxarılıb. Deputatlar hər dörd məsələ ilə bağlı müsbət qərar qəbul
ediblər.