Marneuli yerli özünüidarəsi 3 il əvvəl 256 000 avroya tikilmiş uşaq
bağçasını 175 323 lariyə təmir etməyi planlaşdırır.
Yağlıca küçəsindəki bağçanın tikintisi 2022-ci ildə başa
çatdırılıb. Məktəbqdər təhsil müəssisəsinin tikintisi Gürcüstanın
İşğal Olunmuş Ərazilərindən olan Məcburi Köçkünlər Əmək, Səhiyyə və
Sosial Müdafiə Nazirliyi tərəfindən “Məcburi köçkünlərin və ev
sahibi olan icmalar üçün mənzill təminat və
sosial infrastrukturda
iqtisadi iştirak” layihəsi çərçivəsində həyata keçirilib. Layihə
Almaniya İnkişaf Bankının (KFW) maliyyə dəstəyi ilə Danimarka
Qaçqınlar Şurası tərəfindən həyata keçirilib.
Uşaq bağçasının tikintisinə baxmayaraq, Yağlıc qəsəbəsindəki
məktəbəqədər təhsil müəssisəsi açılmayıb və bina bu günə kimi
bağlıdır.
Aprelin 17-də Marneuli meriyası tender elan edib və ona əsasən
yerli özünüidarə yuxarıda adı çəkilən uşaq bağçası binasını bərpa
etməyi planlaşdırır. Tenderə əsasən, meriya bağçanın bərpası üçün
əlavə olaraq 175 323 lari xərcləməyi planlaşdırır.
Qeyd edək ki, Marneuli meriyası 2024-cü ilin noyabr ayında Yağlıca
küçəsində yerləşən uşaq bağçasının bərpası üçün zəruri olan layihə
və smeta sənədlərini 8071 lariyə alıb.
2024-cü ilin sentyabrında yerli özünüidarə həmin bağçanın həyətinin
abadlaşdırılması üçün 124 799 lari ödəyib.
Yağlıca qəsəbəsindəki uşaq bağçası 100 uşaq üçün nəzərdə
tutulub.