Mayın 8-də saat 16:30-da Bolnisi Rayon Məhkəməsində seçkini
saxtalaşdırmaqda ittiham olunan Rövşən və Etibar İsgəndərovların
növbəti məhkəmə iclası keçiriləcək.
İsgəndərovlar ailəsinin sonuncu məhkəmə prosesi aprelin 17-də baş
tutub. Həmin iclas zamanı dövlət ittihamçısı Tornike Kapanadze
məhkəməyə qapalı rejimdə keçirilməsi ilə bağlı vəsatət təqdim edib.
O bildirib ki, iclasda 69 saylı seçki məntəqəsinin seçici qeydiyyat
kitabçaları və
digər şəxsi məlumatlar, o cümlədən şəxsi
identifikasiya nömrələri müzakirə olunacaq.
Prokuror həmçinin məhkəmə zamanı iş üzrə müstəntiqin
dindirilməsinin planlaşdırıldığını və bunun da istintaq
təfərrüatlarının açıqlanması ilə nəticələnəcəyini əsas gətirib.
Hakim Vladimir Tsitlauri bu əsaslarla vəsatəti təmin edib və iclası
bağlayıb.
Qeyd edək ki, Rövşən İsgəndərov əvvəllər Marneuli Bələdiyyə
Məclisinin sədr müavini vəzifəsində çalışıb. İttiham tərəfinin
məlumatına görə, o və Etibar İsgəndərov 2024-cü il oktyabrın 26-da
Sadaxlı kəndində yerləşən 69 saylı seçki məntəqəsində seçkiləri
saxtalaşdırmağa cəhd ediblər. Sosial şəbəkələrdə yayımlanan
videomaterialda Rövşən İsgəndərovun seçki zərflərini qutuya atdığı,
Etibar İsgəndərovun isə ona kömək etdiyi görüntülənib.
Hər iki şəxs oktyabrın 31-də saxlanılıb və onların barəsində həbs
qətimkan tədbiri seçilib.
Onlar Gürcüstan Cinayət Məcəlləsinin 164-cü maddəsi – seçki ilə
bağlı sənədlərin (seçici siyahıları, protokollar, bülletenlər,
qeydiyyat jurnalları və nəzarət vərəqləri) saxtalaşdırılması
maddəsi ilə ittiham olunurlar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415