"Əhali çaya zibil atmamağı öyrənməlidir" – Algeti çayı sahilində tullantı problemi yenidən gündəmdədir
Marneuli bazarının yaxınlığından keçən Algeti çayının sahili yenidən tullantılarla çirklənib. Sahilboyu ərazilərdə plastik qablar, polietilen torbalar, şüşə və plastik su qabları, istifadə olunmuş uşaq bezləri, heyvan qalıqları, kimyəvi və bioloji tullantılar, eləcə də məişət və tikinti tullantılarına rast gəlinir.

“Marneuli” radiosu hələ martın 5-də çayın çirkləndirilməsi ilə bağlı məqalə dərc etmişdi. Martın 19-da isə Marneuli Bələdiyyə Məclisinin

üzvü, şəhərin majoritar nümayəndəsi Vasil Xaxulaşvili bildirmişdi ki, yaxın zamanda sahillərin təmizlənməsi planlaşdırılır.

Mayın 1-nə olan müşahidələr göstərir ki, sahil yenidən çirklənib. Məsələ ilə bağlı “Marneuli” radiosuna danışan Vasil Xaxulaşvili qeyd etdi ki, sahil təmizlənmişdi, lakin yağışlar və yerli sakinlərin məsuliyyətsizliyi nəticəsində vəziyyət yenidən əvvəlki halına qayıdıb:

“Algeti çayının məcrasının mühafizəsi və təmizlənməsi ilə bağlı tender elan olunub. Mütəxəssislər yerində baxış keçirib, smeta təqdim edilib. Biz çayın bazara qədər olan hissəsində abadlıq işləri aparıb tam təmizlədik, lakin sonradan güclü yağışlar və axınla gələn zibil məcranı yenidən çirkləndirdi. Hazırda hava şəraitinə uyğun olaraq yeni təmizlik işləri planlaşdırılır.”

Deputat yerli əhalini daha məsuliyyətli olmağa çağırır:

“Əhali başa düşməlidir ki, heç bir bələdiyyə və ya təmizlik xidməti çaya tullantı atılmasının qarşısını tam ala bilməz. Biz bu cür davranışla öz şəhərimizi, uşaqlarımızı və gələcəyimizi təhlükəyə atırıq.”

Xaxulaşvilinin sözlərinə görə, Algeti çayının sahili Sovet dövründən sonra sistemli şəkildə təmizlənməyib və bu səbəbdən çayın təbii yatağı bərpa olunmayıb. Hazırda Marneuli meriyası çayın sahilinin təmizlənməsi və daşqın risklərinin azaldılması üçün tender prosesini davam etdirir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
თეგები: Algeti çay Marneuli bazarı
FaceBook Twitter Google