Marneuli bələdiyyəsinin dörd kəndində yerləşən binalarda mərkəzi
istilik sisteminin layihələndirilməsi üçün elan olunan ikinci
tender də baş tutmayıb.
Meriya martın 26-da Saimerlo, Tamarisi və Tsereteli kəndlərinin
çoxfunksiyalı binaları ilə yanaşı, Tsereteli kənd inzibati ərazi
vahidliyinin binası üçün istilik sistemlərinin layihə-smeta
sənədlərinin hazırlanması məqsədilə tender elan etmişdi.
Yalnız bir iştirakçı – “D-M” MMC tenderdə iştirak edərək
11 200
lariyə işləri yerinə yetirməyi təklif edib. Lakin tender
komissiyasının protokoluna əsasən, şirkət tələb olunan sənədləri –
qiymət cədvəlini, iddiaçının və mütəxəssisin iş təcrübəsi ilə bağlı
məlumatları üç iş günü ərzində təqdim etmədiyinə görə tenderdən
kənarlaşdırılıb.
Qeyd edək ki, Marneuli meriyası bu layihə ilə bağlı ilk tenderi
fevralın 27-də elan etmişdi, lakin həmin tenderə heç bir şirkət
qatılmadığı üçün o da nəticəsiz başa çatmışdı.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415