Dmanisinin 8 kəndində yolların bərpasına 242 052 lari ayrılacaq

Kəndlərə Dəstək Proqramı çərçivəsində Dmanisi Bələdiyyəsinin 8 kəndində yolların bərpası planlaşdırılır.

Bu məqsədlə Dmanisi meriyası iki tender elan edib.

 

Birinci tender üzrə Qantiadi, Kariani, Aşağı Qarabulaq və Gödəkdağ kəndlərində yolların bərpası üçün 127 565 lari ayrılıb. Tender mayın 21-də elan olunub. Maraqlı şirkətlər mayın 31-dən iyunun 3-dək iştirak üçün müraciət edə bilərlər.

İkinci tender isə

Dağarıxlı, Qızılhacılı, Məmişlər və Ormeşən kəndlərini əhatə edir. Bu kəndlərdə yolların bərpası üçün 114 487 lari nəzərdə tutulub. Bu tenderə müraciət müddəti mayın 30-dan iyunun 2-dəkdir.

Dmanisi meriyasının yaydığı məlumata görə, 2025-ci ilin fevralında bələdiyyənin 57 kəndində Kəndlərə Dəstək Proqramı çərçivəsində yerli əhali ilə görüşlər keçirilib. Regional İnkişaf Nazirliyi proqram üçün Dmanisiyə ümumilikdə 686 000 lari ayırıb. Vəsait kəndlərə əhalinin sayına uyğun şəkildə bölünüb – minimum məbləğ 10 000, maksimum isə 20 000 lari təşkil edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google