Meriya Dmanisidə 9 kənddə 287 384 lariyə küçə işıqları quraşdırmağı planlaşdırır

Dmanisi yerli özünüidarəsi Kəndlərə Dəstək Proqramı çərçivəsində 9 kənddə küçə işıqlarının quraşdırılması işlərinin alınması üçün 2 tender elan edib.



Birinci tenderə əsasən, Dmanisi meriyası 164 695 lariyə Ququti, Məmişli, Maşavera, Uqanqori və Səfərli kəndlərində küçə işıqları quraşdırmağı planlaşdırır. Meria tenderi mayın 21-də elan edib və maraqlanan şirkətlər mayın 30-dan iyunun 2-dək öz təkliflərini təqdim edə bilərlər.

Dmanisi meriyası mayın 21-də ikinci tender elan edib. Dmanisi yerli özünüidarəsi 122 689 lariyə Axa, Qomareti, Mamulo və Kakliani kəndlərində küçə işıqları quraşdırmağı planlaşdırır. Maraqlanan şirkətlər iyunun 1-dən iyunun 4-dək tenderdə iştirak edə biləcəklər.

Dmanisi meriyasının yayımladığı məlumata görə, 2025-ci ilin fevral ayında Dmanisi şəhərinin 57 kəndində Kəndlərə Dəstək Proqramı çərçivəsində əhali ilə görüşlər keçirilib. Regional İnkişaf Nazirliyi Kəndlərə Dəstək Proqramı çərçivəsində Dmanisiyə 686 000 lari ayırıb. Məbləğ sakinlərin sayına uyğun olaraq kəndlərə bölünüb, minimum məbləğ 10 000, maksimum isə 20 000 lari nəzərdə tutulub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google