Marneulili veteran cüdoçu Avropa çempionatının gümüş medalçısı olub

Marneulili veteran cüdoçu Qiqla Tsipiani Avropa çempionatında ikinci yeri tutaraq gümüş medal qazanıb.


Marneuli İdman Məktəbinin yaydığı məlumata görə, Latviyanın paytaxtı Riqada veteran cüdoçular arasında keçirilən 2025-ci il Avropa çempionatı davam edir.

“Yarışın ilk günü Marneuli cüdoçuları üçün uğurlu olub. Veteran idmançımız Qiqla Tsipiani çempionatın ikincisi olub” – deyə Marneuli İdman Məktəbinin məlumatında bildirilir.

Qiqla Tsipiani

Marneulidən olan uğurlu veteran cüdoçulardandır və eyni zamanda gənc idmançıların yetişdirilməsi ilə də məşğuldur. O, veteranlar arasında Gürcüstan və Avropa çempionatlarının qalibi olub. Ötən il isə veteranlar arasında keçirilən dünya çempionatında bürünc medal qazanıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google