Mayın 26-da Gürcüstanın Müstəqillik Günü Marneulidə "Yenə də
böyüyəcəklər” abidəsinin yaxınlığında qeyd olunur.
Şənliklərlə paralel olaraq müxtəlif idman yarışları - oxatma, qol
güləşi, güləş üzrə yarışlar keçirilir.
Marneuli yerli özünüidarəsi idman tədbiri üçün qoyunlar, kuboklar,
medallar və sertifikatlar alıb, həmçinin musiqiçilər - zurna,
qarmon, nağara çalanlar da qəbul olunub.
Güləş üzrə qalib gələn idmançını təqdim
etmək üçün meriya
sadələşdirilmiş qaydada fərdi sahibkar Nato Tsartsidzedən 650
lariyə bir qoyun alıb.
Meriya həmçinin sadələşdirilmiş qaydada yarışların qalibləri üçün
15 kubok, 65 medal və 70 sertifikat/diplom alıb. Yerli özünüidarə
isə fərdi sahibkar Rahib Nəsibovla müqavilə bağlayaraq ona 1035
lari ödəyib.
Bu mərhələdə Marneuli meriyası musiqiçilərin xidmətləri ilə bağlı
heç bir müqavilə yayımlamayıb. Kubokların və qoyunların alınması
ilə bağlı elan edilmiş tenderlərdə bildirilir ki, meriya zurna,
qarmon və nağara ifa edəcək musiqiçiləri də qəbul edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415