Marneuli yerli özünüidarəsi Gürcüstanın Müstəqillik Gününün qeyd
edilməsi çərçivəsində keçirilən güləş yarışında musiqi müşayiətinin
təmin olunması üçün fərdi sahibkar Vladimir Kimadze ilə müqavilə
imzalayıb.
Sadələşdirilmiş qaydada bağlanmış müqaviləyə əsasən, meriya zurna,
qarmon və nağara ifa edən üç musiqiçinin xidmətlərini satın alıb.
Musiqiçilərin çıxışları idman tədbirləri zamanı, xüsusilə gürcü
güləşi, qol güləşi və oxatma yarışları zamanı təqdim
olunub.
“Məlumat üçün bildiririk ki, 26 may – Müstəqillik Günü
münasibətilə ənənəvi bayram tədbirləri keçirilir. Bu tədbirlər
çərçivəsində müxtəlif idman yarışları təşkil olunur və onların tam
şəkildə keçirilməsi üçün musiqi müşayiəti vacib hesab edilir. Eyni
zamanda tədbir üçün bir qoyun, 15 kubok, 65 medal və 70 sertifikat
alınmalıdır”, – müqavilə mətnində qeyd olunur.
Meriya musiqi xidmətlərinə görə Vladimir Kimadzeyə ümumilikdə 830
lari ödəyib.
Qeyd edək ki, meriya idman yarışlarının qalibləri üçün fərdi
sahibkar Nato Tsartsidzedən sadələşdirilmiş qaydada 650 lariyə bir
qoyun, fərdi sahibkar Rahib Nəsibovdan isə 1035 lari dəyərində 15
kubok, 65 medal və 70 sertifikat alıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415