Yerli mediada (24news.ge) yayılan məlumata görə, Novruz bayramında
Azərbaycandan dəvət olunmuş müğənninin qonorarını Marneuli
Bələdiyyəsinin müqavilə bağladığı şirkət ödəməyib.
Bayram tədbirinin təşkili Bələdiyyənin tenderində qalib gələn
“Geoprofi” MMC-yə həvalə olunub. Yerli özünüidarəetmə orqanı 168
966 lari yerinə şirkətə 144 561.70 lari ödəyib, bu da ümumi
məbləğin cəmi 86 faizini təşkil edir.
“Marneuli” radiosu şirkətin direktoru Quram Qiqilaşvili ilə əlaqə
saxlayaraq məsələni aydınlaşdırmağa çalışıb. Qiqilaşvili bildirib
ki, bələdiyyə haqsız cərimələr tətbiq edib, şirkətin işinə müdaxilə
edib və buna görə hüquqi müstəvidə mübarizə aparmaq
niyyətindədir.
“
Marneuli bələdiyyəsi səhv qərarlar qəbul edib, bizə heç də
aid olmayan cərimələr tətbiq edib. Biz işləri düzgün yerinə
yetirmişik, bunun təsdiqi şəkillərlə mövcuddur və texniki
parametrlərə cavab verirdi, lakin cərimələr yazdılar ki, texniki
parametrlərə uyğun deyil. Bizə kobud şəkildə etiraz etdilər, hər
cəhətdən yanlış davrandılar. Birincisi, qanunu pozdular və qanunsuz
cərimələr yazdılar, ikincisi isə mənəvi cəhətdən onların
hərəkətləri səhv idi. Üçüncüsü, onlar özü bütün müğənnilərlə
əvvəlcədən razılaşıblar ki, bu ümumiyyətlə cinayətdir. Onlar
qeyri-peşəkardırlar, necə deyim, bilmirəm,” – Qiqilaşvili
bildirib.
O əlavə edib ki, Marneuli Bələdiyyəsinin əməkdaşları tədbirin
icrası zamanı onların işinə müdaxilə edib, bu isə
yolverilməzdir.
“
Belə bir hal oldu - biz dekorasiyanı yağışda 3 gün ərzində
quraşdırırdıq, bələdiyyənin zibil toplayan maşını gəlib,
konstrukasiyanı qırdı. Bələdiyyənin rəhbəri, cənab Temur Şubitidze
qərar verdi ki, konstrukasiyanı qaldıraq, biz təmir etməyə
başladıq. Orada bələdiyyənin dizaynerlərinin hazırladığı dayanıqsız
arka (tavan) vardı, biz onu belə quraşdırmalı idik ki, aşmasın.
Səhər arka onlara xoş gəlmədi və yenidən bəzəməyi qərara aldılar,
bəzi güllər gətirdilər, qırılmış trosların arasında gülləri asmağa
başladılar. Biz onlardan xahiş etdik ki, bunu etməsinlər,
gözləsinlər, qulaq asmadılar. Bir əməkdaşları nərdivanla arkaya
çıxdı, arka (tavan) aşdı və onların rəhbəri, Temur Şubitidzenin
üzərinə düşdü. Belə bir hal baş verdi. Onlar bunu bizə üzərimizə
yıxmağa çalışdılar. Onların tərəfdən ehtiyatsızlıq və
qeyri-peşəkarlıq oldu, bizim yox. Buna görə bizə qarşı iddia
qaldıra bilməzlər, amma hər şeyə qarşı iddiaları var, çox
narahatdırlar. Bizim quraşdırdığımız bayraqların düşməsində də bizi
günahlandırdılar və pul ödəmədilər, bu düzgün deyil. Orada həmçinin
mədəniyyət evinin nümayəndəsi, qeyri-peşəkar bir şəxs dava edirdi.
Çox məsələlərdə bizə mane oldular, bizə aid olmayan işləri bizdən
tələb edirdilər, məsələn, hökumət orqanları ilə əlaqələr. Biz
yalnız bələdiyyə ilə müqavilə bağlamışdır, amma hökumət
administrasiyasının adamları bizim ətrafımızda idilər ki, bunu necə
edəcəksiniz, onu necə edəcəksiniz. Hər şeyi bizə düzəltdirdilər və
sonra dedilər ki, guya bəyənmədilər” – deyə Quram
Qiqilaşvili bildirib.
Azərbaycandan dəvət olunan müğənnilərlə bağlı şirkət nümayəndəsi
bildirib ki, ifaçıları Bələdiyyə özü seçib. “Geoprofi” daha sərfəli
qiymətə alternativ müğənnilər təklif etsə də, bu təkliflər qəbul
olunmayıb.
Razılaşmaya görə, tədbirdə mütləq Xətirə İslam və Ariz Hüseynovun
çıxışı nəzərdə tutulmuşdu. Şirkət müğənnilərlə razılaşmışdı ki,
ödəniş bələdiyyədən vəsait daxil olduqdan sonra həyata
keçiriləcək.
Ancaq Qiqilaşvilinin sözlərinə görə, Xətirə İslamın 30 000 lari
məbləğində qonorarını həmin gün Bələdiyyənin təzyiqi ilə nağd
şəkildə ödəməli olublar. Ariz Hüseynov isə hələ də qonorarını
almayıb. Şirkət rəhbəri bu borcu təsdiqləyib.
“
Biz razılaşmışdıq ki, Xətirə İslamın honorarını
bələdiyyədən pul daxil olandan sonra ödəyək. Əvvəlcədən bir
hissəsini verdik, otel bron etdik və s. Sonra Xətirə İslam bizə
dedi ki, əgər pul nağd gətirilməsə, tədbirə gəlməyəcək. Kimsə
bələdiyyədən zəng etdi və onun mövqeyini dəyişdirdi. Biz pulu ona
çatdırdıq, daha doğrusu çatdırdırdılar. Bu bir az çətin məsələdir
və aidiyyəti orqanlar araşdırmalıdır” – deyə o
bildirib.
Quram Qiqilaşvili Marneuli Bələdiyyəsinə qarşı maliyyə zərərinin
ödənilməsi məqsədilə hüquqi proses başlatmağı planlaşdırır və bu
istiqamətdə sənədlər hazırlanır.
“Marneuli” radiosu Marneuli merinin müavini Temur Şubitidze ilə də
əlaqə saxlayıb. O bildirib ki, bələdiyyənin fəaliyyəti qanun
çərçivəsində həyata keçirilib və hər hansı iddia olarsa, hüquqi
müstəvidə cavab verməyə hazırdırlar.
“
Tenderlər tam açıqdır, qəbul-təslim aktları və s., siz də
baxa bilərsiniz. Bir neçə maddə var ki, yerinə yetirilməyib, ona
görə pul ödənilməyib. Şirkətin iddiası olarsa, biz də reaksiya
verəcəyik, başqa bir şey deyə bilmərəm. Biz tərəfdən yoxlama
aparılıb, meriya əməkdaşları bu prosesə qoşulmuşdular. Onlar
sənədləri hazırlayıb və ona əsasən hesablaşma, qəbul-təslim həyata
keçirilib. Hər şey qanunidir. Kiçik uyğunsuzluqlar ola bilər, hər
yerdə pul ona əsasən ödənilir, başqa nə deyə bilərəm. Hər zaman,
hər məsələ Kiçik uyğunsuzluqlar ola bilər, pul ona əsasən ödənilir,
başqa nə deyə bilərəm. Hər zaman, hər məsələdə biz
hazırıq” – deyə Temur Şubitidze bildirib.
Novruz tədbiri ilə bağlı tender müqaviləsinə əsasən, yerli
özünüidarə orqanı “Geoprofi” MMC-yə texniki göstəricilər də daxil
olmaqla, bir neçə istiqamətdə iradlar irəli sürüb. Yoxlamalar isə
Bələdiyyənin öz əməkdaşları tərəfindən aparılıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415