2 aprel tarixində, Tbilisidə qadın həmrəyliyi marşı keçirilib.
“
Qadınlara etibar, zorakılığa etibarsızlıq, qadınlara
ədalət”, qadınlara bərabərlik, qadınlara güc, azadlıq – marşın əsas
mesajları bunlardan ibarət idi. Marşa bir çox hüquq müdafiəçisi,
jurnalist və fəal qadınlar qoşulublar. Marşda Marneulili hüquq
müdafiəçisi Samirə Bayramova da iştirak edib. O, qeyd edir ki,
qadınların alçaldılmasına, nifrətə və hədəyə son
qoyulmalıdır.
Bayramova bildirir ki, zorakılığa dövlət həvəsləndirməməlidir.
“Marşın əsas məqsədi qadınlara qarşı başladılmış cinsi və psixoloji
sıxışdırılma idi. Artıq hakim partiya və onlarla assosiasiya olunan
zorakı qruplar, media qadına qarşı zorakılıq, onların
demoralizasiyasına qarşı açıq və ictimai şəkildə qoşulub. Təəssüf
ki, bütün siyasi güc və partiyaların həmişə bundan siyasi alət kimi
istifadə etməsi, qadınları alçaltması faktdır. Bu zaman qadınlar,
müxtəlif mülki fəallar ziyan çəkir. Bizim məqsədimiz qadınlara
həmrəliyimizdir”.
Samirə Bayramova ona qarşı həyata keçirilmiş zorakı və hədə
hallarını xatırlayır və günahkarların müvafiq şəkildə
cəzalandırılmaması, sona qədər cinayət işinin aparılmaması,
sistemin zorakıların tərəfində dayanması faktını təəssüflə qeyd
edir.
“
Biz Marneulidə iyulda hadisələrini xatırlayırıq. Yerli
özünüidarə qadınlara qarşı çıxdı. Bələdiyyə Məclisi sədri və onun
müavinləri birbaşa başqa qadınlara, əməkdaşlarına mülki fəallara,
hüquq müdafiəçilərinə, mərkəzi və ya yerli məsələlər qoşulmuş necə
zorakılıq etmələrini öyrədirdilər. Eləcə də martda baş vermiş,
Alt-İnfo ilə bağlı hadisələri qeyd etməliyəm. Məni hədələyən bir
nəfər belə sorğulanmayıb. Həmin adam yenidən sisal əbəkədə öz
zorakı fəaliyyətinə davam edir. Təəssüf ki, qadınlarla bağlı
başlanılmış istintaq tam həyata
keçirilməyib”.
Hüquq müdafiəçisi düşünür ki, vəziyyəti düzəltmək üçün sistematik
problemin aradan qaldırılması lazımdır. Həmçinin, Avropa
İttifaqının 12 bəndlik tövsiyəsinin yerinə yetirilməsidir ki,bu
gələcəkdə daha güclü və müdafiəli zəmanət verir.
“
Biz görürük ki, bügünkü hökumət bu proseslərə birbaşa
qoşulub və bu bütün sahələrə, bütün adamlara təsir göstərir. Biz
ümid edirik ki, Avropa İttifaqının 12 tövsiyəsinin həyata
keçirilməsi üçün mübarizə aparmalıyıq. Bəlkə bundan sonra mövcud
mexanizmlər güclənə və siyasi qurbanlar olmayaq”.
Qeyd edək ki, qadın həmrəylik marşı POSTV-nin sahiblərindən biri və
aparıcı, cinsi sıxışdırmada müzakirə olunan Şalva Ramişvilinin
Tatia Samxaradzeyə qarşı diskriminasiya məzmunlu kampaniya
başlamasından sonra planlaşdırılıb.