17 sentyabrda Marneulidə “Marneuloba 2023” qeyd olunacaq
17 sentyabr tarixində “Marneuloba 2023” qeyd olunacaq. Tədbir “Yenə də böyüyəcəklər” mərkəzi parkının ərazisində baş tutacaq.

“Marneuloba 2023”-ü meriyanın tenderində qalib gəlmiş “Stori+” MMC şirkəti, 128 900 lariyə təşkil edəcək. “Marneuloba 2023” layihəsinə görə, tədbirdə 18 icma təmsil olunacaq və hər biri özünəməxsus ənənələri, mədəniyyəti və musiqili nömrələr təqdim edəcək.

“Regiona daxil olan bələdiyyələr dəvət olunacaqlar. Onlar özlərinə məxsus olan ənənədi guşə düzəldəcəklər. Fermerlər və sahibkarlara xüsusi sərgi məkanı ayrılacaq, eynən “etno bazar” olacaq, burada bələdiyyənin ərazisində istehsal olunan kənd təsərrüfatı məhsulları bazarı təqdim olunacaq. Əyləncə məkanında nağaraçıların şousu, animatorların şousu, uşaq attraksionları, kukla teatrı olacaq. Abidənin ətraf meydanında konsert səhnəsi yerləşdiriləcək. Tədbirin birinci hissəsi yerli xoreoqraf və vokal qruplara, eləcə də fərdi ifaçılara həsr olunacaq. Axşam saatlarında

dəvət olunmuş qonaqların və musiqi qrupunun iştirakı ilə qala konsert keçiriləcək. Tədbir atəşfəşanlıqla başa çatacaq”-
tədbirin layihəsində qeyd olunub.

“Marneuloba – 2023”-də mükafatlandırma mərasimi də olacaq. Marneulinin fəxri vətəndaşı, ilin ən yaxşı idmançısı və ən yaxşı sənətçisi mükafatlandırılacaq. Onlara dəmirdən düzəldilmiş “Yenə də böyüyəcəklər” heykəli və 1000 lari dəyərinə pul mükafatı veriləcək.

Qeyd edək ki, şəhərlərin əsas bayramları hər il müxtəlif bələdiyyələrdə də keçirilir. Onlardan biri Marneulidə keçiriləcək tədbirlə üst-üstə düşür. 17 sentyabrda Zuqdididə “Zuqdidoba 2023” də qeyd olunacaq.


Print ელ. ფოსტა
FaceBook Twitter Google