“Marneuloba 2024” 20 sentyabr tarixində keçiriləcək

“Marneuloba 2024” 20 sentyabr tarixində keçiriləcək.


Bu barədə meriyanın İctimaiyyətlə Əlaqələr Xidmətindən məlumatı təsdiq etdilər və bildirdilər ki, tədbir Marneuli mərkəzi parkında keçiriləcək.

Marneuloba 2024-ün keçirilməsi Marneuli bələdiyyəsinə 115 000 lariyə başa gəlir. Meriya tədbirin təşkil edilməsi üçün avqust ayında 115 101 lari dəyərində tender elan edib. Tenderdə üç şirkət iştirak edib, ancaq qalib olaraq

ən aşağı qiymət təklif edən “Miks-Studio” MMC elan olunub.

Məhz qeyd olunan şirkət tədbiri təşkil edəcək.

Bələdiyyə Marneulobanı 2023-cü ildən qeyd etməyə başlayıb və tədbirin hər il keçirilməsi planlaşdırılır.



 

Print ელ. ფოსტა
თეგები: “Marneuloba 2024”
FaceBook Twitter Google