Kvemo Kartli qubernatorunun birinci müavini Qiorqi Sincikaşvili
vəzifəsindən istefa verib.
O, bu barədə sosial şəbəkə hesabında paylaşım edərək, qərarını
şəxsi səbəblərlə izah edib.
“Məsuliyyətli fəaliyyəti üçün bütün bələdiyyələrə təşəkkür
edirəm. Hər bir dövlət qulluqçusuna dostluq və ölkəyə göstərilən
xidmətə görə minnətdaram. Həmkarlarıma dəstəyə və sədaqətə, hökumət
qurumlarına isə əməkdaşlığa görə təşəkkür edirəm. Hər zaman olduğu
kimi, ölkəmin və millətimin xidmətində qalacağam”, – deyə
Sincikaşvili bildirib.
Onun istefası rəsmi olaraq şəxsi qərar kimi təqdim olunsa da, son
bir ildə mediada Qiorqi Sincikaşvili ilə “Xareba” komandası
arasında gərgin münasibətlərin mövcudluğu barədə mütəmadi xəbərlər
yayılıb. Məlumatlara görə, bu qarşıdurma regionda hakim partiya
daxilindəki münasibətlərə də təsir göstərib və bəzən partiya
üzvləri arasında daxili qarşıdurmalara səbəb olub.
Qiorqi Sincikaşvili ilə “Xareba” qrupu arasında gərginliyin
mövcudluğunu Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş
yüksək vəzifəli əməkdaşı İrakli Şaişmelaşvili də təsdiqləyib.
Qeyd edək ki, bu dəyişiklik Kvemo Kartliyə yeni dövlət nümayəndəsi
Levan Xarabadzenin təyin olunmasından bir neçə gün sonra baş verib.
Hazırda dövlət nümayəndəsinin birinci müavini postuna kimin təyin
olunacağı məlum deyil.
Hələ ki, Kvemo Kartli üzrə dövlət nümayəndəsinin birinci müavini
vəzifəsini kimin tutacağı məlum deyil.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415