"Nağıl Saatı"nın qonağı Elen Təhməzova oldu
14:11 / 10.07.2019
Elen
Təhməzova Aşağı Saral kəndində yaşayır. Onun 10 yaşı var və Aşağı
Saral ictimai məktəbin 5-ci sinif şagirdidir.
Nağıl danışmağı çox sevən Elen bu gün "Marneuli" radiosunda "Nağıl
Saatı"nın qonağı olaraq dinləyicilərə öz sevimli nağılını
danışdı.
Əziz valideynlər!
Siz də radiomuzun körpələrə ayıracağı "Nağıl Saatı"-na öz
övladlarınızı və yaxınlarınızı yönləndirə, onların danışacağı
nağılları 96.9 fm vasitəsi ilə dinləyə bilərsiniz. 7 yaşından 16
yaşa qədər körpə və yeniyetmələri radioda Azərbaycan, gürcü xalq
nağıllarını, eləcə də dünya nağıllarını səsləndirməyə dəvət edirik.
Maraqlanan şəxslər 557 99 44 15 nömrəsinə zəng vura və "Marneuli"
radiosunun jurnalisti Pərvin Hacıyeva ilə əlaqə saxlaya
bilərlər.
İdea: "Marneuli" radiosu
Müəllif: Pərvin Hacıyeva
Hazırladı: Amil Məmmədov