Gürcüstanda koronavirusa yoluxanların sayı 25-ə çatdı
Gürcüstanda koronavirusa yoluxanların sayı 25-ə çatdı. Bu barədə məlumat hökumət tərəfindən yaradılmış stopcov.ge saytında yerləşdirilib.

Saytda yerləşdirilmiş məlumata görə, 295 nəfər karantində, 49 nəfər isə stasionar müşahidə altındadır.

Koronavirusa yoluxmuş 25 şəxsin İtaliya ilə əlaqədar olduğu bildirilir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google