Milli Statistika Xidmətinin 2019-cu il üçün məlumatlarına görə,
Gürcüstan əhalisinin 19,5%-i mütləq yoxsulluq həddindədir ki, bu da
2004-cü ildən bəri mövcud olan mütləq yoxsulluq səviyyəsinin
minimumudur.
Daha dəqiq desək, keçən ilki məlumatlara görə, kənd əhalisinin
23,7%-i, şəhər əhalisinin isə 16.4%-i yoxsulluq həddindən aşağı
səviyyədə yaşayır.
Məlumat üçün bildirək ki, 2018-ci ildə Gürcüstan əhalisinin 20,1%
-i mütləq yoxsulluq həddindən aşağı səviyyədə yaşayırdı.