Tetritskaro bələdiyyəsi sabah, 5 iyun tarixində səhər tezdən
açılacaq.
Bu barədə məlumatı Netgazeti-yə hökumətin mətbuat xidmətindən
təsdiqləyiblər.
Məlumatda bildirilir ki, Tetritskaro sabah səhər saat 6:00-da
yenidən açılacaq və bütün məhdudiyyətlər qaldırılacaq.
Bundan əvvəl Baş nazir Qiorqi Qaxaria da Tetritskaronın açılması
barədə danışmışdı. O, bildirmişdi ki, 449-dan çox test keçirilsə
də, son 2 həftə ərzində burada koronavirusa yeni yoluxma halı aşkar
edilməyib.
Tetritskaro aprelin 26-dan 20-yə yaxın koronavirus infeksiyasına
yoluxma səbəbindən bağlanmışdı. Aprelin 26-dan etibarən şəhərə
nəzarət üçün üç blok post qurulub və kiçik istisnalardan başqa
şəhərə bütün növ giriş və çıxış məhdudlaşdırılmışdı.