Dmanisi Bələdiyyəsində 14 yanvar 2025-ci il tarixindən etibarən
pulsuz bələdiyyə nəqliyyatı aşağıdakı
əlavə istiqamətlər üzrə vətəndaşlara xidmət göstərəcək:
✅ Hər çərşənbə:
Saat
10:00-da Lökcandar kəndindən Dmanisi şəhəri
istiqamətində və saat
16:00-da Dmanisi şəhərindən
Lökcandar kəndi istiqamətində;
Saat
10:00-da Qamışlı kəndindən Dmanisi
istiqamətində və saat
16:00-da Dmanisi şəhərindən
Qamışlı kəndi istiqamətində;
Saat
10:00-da Kakliani kəndindən, Boslebi kəndi,
Dmanisi
şəhəri istiqamətində və saat
15:00-da
Dmanisi şəhərindən, Boslebi kəndi, Kakliani kəndi
istiqamətində.
✅ Hər bazar ertəsi və cümə axşamı:
Saat
10:00-da Maşavera kəndindən Dmanisi şəhəri
istiqamətində və saat
15:00-da Dmanisi şəhərindən
Maşavera kəndi istiqamətində.
Bu məlumatlara Dmanisili rejissor və "Görüş Yeri" təşkilatının
təsisçisi Laşa Çxvimiani də münasibət bildirib.
“
Laşa Çxvimiani sosial mediada yazır: “Birləşmiş vətəndaş
cəmiyyətinin belə gücü var.”
O qeyd edib ki, 2023-cü ildə 312 Dmanisili vətəndaşın imzaladığı
petisiya əsasında işə salınmış bələdiyyə nəqliyyatı proqramı təbii
şəkildə inkişaf etməyə başladı və proqrama daha 5 kənd əlavə
edildi.
Hazırda proqram Dmanisinin 29 kəndinə xidmət edir, bu isə yerli
əhali üçün daha rahat və əlçatan nəqliyyat şəraiti yaradır.
Lakin Dmanisi Bələdiyyəsinin 28 kəndi hələ də nəqliyyat xidmətindən
kənarda qalır. Laşa Çxvimiani qeyd edir ki, bu kəndlərin proqramda
iştirak etməsi tamamilə vətəndaşların fəallığından asılı olacaq:
"Hansı kəndin ilk olaraq bu proqrama qoşulacağı vətəndaşların
fəallığından asılıdır", – deyə o vurğulayıb.
Dmanisi Bələdiyyəsi vətəndaşları proqramın genişlənməsi üçün daha
fəal olmağa çağırır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415