Azərbaycan Baş prokuroru Kamran Əliyev sabah Gürcüstana səfər
edəcək.
O, səfər çərçivəsində gürcü həmkarı İrakli Şotadze ilə
görüşəcək.
Tərəflər Azərbaycan və Gürcüstan arasında prokurorluq, ədliyyə və
məhkəmə orqanları arasında əməkdaşlıq məsələlərini müzakirə
edəcəklər.
K.Əliyevin digər rəsmi şəxslərlə də görüşləri nəzərdə tutulub.