Dünya
İstanbulda bina çökdü
Bu gün Türkiyənin İstanbul şəhərində bina çöküb.

"Marneuli" radiosu Publika.az-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi hissələrindən biri olan Bəyoğlunda baş verib.

Səhər saatlarında güclü gurultu səsi eşidən sakinlər qonşu binanın daxili hissəsinin çökdüyünü görüblər. Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib. Dağıntlılar altında kimsənin qalmadığı, binada ümumiyyətlə yaşayışın olmadığı məlum olub.

Təhlükəsizlik məqsədi ilə ərazidən piyada və nəqliyyatın hərəkətinə qadağa qoyulub.
FaceBook Twitter Google
დაიცავი დისტანცია