Xəbərlər
Ukraynalı deputat iş otağında öldürülmüş vəziyyətdə tapılıb
Ukraynalı deputat Valeri Davidenko iş otağında ölü tapılıb. Daxili İşlər nazirinin müavini Anton Qeraşenkonun sözlərinə görə, siyasətçi başından güllələnib. Onun sözlərinə görə, silah cəsədin yaxınlığında tapılıb. Hazırda müstəntiqlər hadisə yerində işləyirlər. Mətbuatda yayılan məlumatlara görə, versiyalar arasında intihar da var.

Məlumat üçün qeyd edək ki, Davidenko 2014-cü ildən bəri Ali Radanın üzvü olub. O, qanunverici orqanın İqtisadi İnkişaf Komitəsinin üzvü idi.

Mənbə: İnterPressNews
FaceBook Twitter Google
დაიცავი დისტანცია