Azərbaycanda küçə və meydanlarda 5 nəfərdən artıq insanın toplaşması qadağan edildi

Koronavirus pandemiyası səbəbindən Azərbaycan karantin rejimini sərtləşdirir.


Yeni tənzimləmələrə görə, beş nəfərdən çox insanın ölkənin şəhər və rayonlarının küçələrində, meydanlarında və ictimai yerlərində toplaşması qadağan edilib..
Rəsmi məlumatlara görə, məhdudiyyətlər iyulun 5-dən 20-dək davam edəcək.

Azərbaycan hökumətinə qarşı tənqidi yanaşan vətəndaşlar və müxalifət hesab edir ki, koronavirus səbəbindən sərt karantin rejiminin tətbiqi hökumətin maraqlarına uyğundur, çünki bununla vətəndaşlara toplaşmaq və etiraz mitinqləri keçirmək qadağan olunur.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google