Rusiya Ermənistana silah verir. Hərbi dairələrdəki mənbənin verdiyi
məlumata görə, Rusiya son günlər beynəlxalq mülki xətlərdən
istifadə edərək Ermənistana hava yolu ilə müxtəlif müasir silahlar,
eləcə də "Qrad" tipli zalp silahları verir. Eyni mənbənin
bildirdiyinə görə, Ermənistan İranın hava məkanı vasitəsilə təchiz
olunur.
Məlumata görə, Rusiya Qafqazda hərbi eskalasiyanı təbliğ edir və
Cənubi Qafqazdakı iki qonşu ölkəni – Ermənistan və Azərbaycanı
müharibəyə təhrik edir.
Qeyd edək ki, Rusiya 2008-ci ildə Gürcüstan ərazisinin 20%-ni işğal
edib və iki de-fakto Abxaziya və Cənubi Osetiya dövlətini yaradıb.
Sonradan onların müstəqilliyini tanıyıb. Bu bölgələr artıq 10 ildir
Rusiyanın dotasiyasındadırlar.