Azərbaycan və Ermənistan arasında gecə ərzində gərgin döyüşlər davam edib - VİDEO
09:43 / 29.09.2020
Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər
davam edib.
Marneulifm Apa-ya istinadən xəbər verir ki, Ermənistan silahlı
qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər
istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə
dəfə əks-hücum cəhdi göstərib.
Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri
müdafiə olunaraq Ermənistanın bütün cəhdlərinin qarşısını dərhal
alıb.
Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində Ermənistanın
Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət
qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya
batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri
və cəbhənin bu istiqamətdə yerləşən qoşunları tərəfindən məhv
edilib.
Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə
etmək istəyən Ermənistanın 1 tankı, 1 avtomobil texnikası və 10
nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib.
Gərgin döyüşlər davam edir. Ermənistan tərəfi ağır itkilər verərək
geri çəkilməyə məcbur edilir.